" DEPORTASİYA 1948 - 195? " ????....

02 Mayıs 2012 Smersh 3 şərh

     Dünən ki, 1 may əhvalruhiyyəsindən cıxmamış fərqli bir mövzuya müraciət etməyim ola bilsin ki, bir cox daimi oxucularmıza təəccüblü görünə bilər.Mənim 1948-1951-ci ildə azərbaycanlıların Ermənistandan Azərbaycan SSR-iyə köcürülməsi məsələsinə müraciət etməm cox hörmət etdiyim Əfqan adlı oxucumuzun müraciəti ilə əlaqədardır.Əfqan Eldost yazaraq bizdən 1948-53-cü il köcürmələrinə münasibət bildirməyimizi istəyir və bu mövzunun son dövürlərdə bəzi dairələr tərəfindən kommunistlərə qarşı propoqanda vasitəsinə cevrilməsini, antikommunist əhvalruhiyəsi formalaşdırmaq ücün xammal kimi istifadə olunmasını nəzərə alıb “ deportasiya” məsələsinə acıqlama gətirməyi olduqca zəruri hesab edirik.Beləliklə 1948-53-cü illərdə nə baş vermişdi və nə ücün azərbaycanlılar Ermənistan SSR-dan Azərbaycan SSR-iyə köcürülmüşdür və bunu deportasiya hesab etmək olarmı?

Gəlin əvvəlcə məsələnin genezisinə nəzər salaq, beləki 1948-53-cü il hadisələrinəi düzgün başa düşmək ücün hec şübhəsiz 1918-20-ci illərə ötəri nəzər salmalıyıq.Beləki 1918-ci ildə müsavat-osmanlı qaraguruhu Azərbaycanın əzəli torpaqlarında erməni dövləti nin yaradılmasında və İrəvan şəhərinində mahalla birlikdə daşnaklara verilməsi məsələsində gizliu sövdələşdilər.Bu xəyənətkar sövdələşməni özündə əks etdirən Batum müqaviləsinin tam mətni hazırda Azərbaycan Milli Elimlər Akademyasının Tarix İnsitutunda var və Azərbaycan torpaqlarında Daşnak-Ararat Respublikasının yaradılmasına və İrəvan şəhərinində ona paytaxt verilməsini özündə əks etdirən mətnin altından müsavatcıların imzası var və bu imzalar arasında o zaman Batumda olan M.Ə Rəsulzadənində imzası var.Müsavat-osmanlı xəyanəti nəticəsində nəin ki azərbaycan torpaqları daşnaklara güzəştə gedildi, üstəlik bu ərazilərdə yaşayan yerli müsəlman əhalisi tamamı ilə deportasiya edildi.Belə ki, 1918-ci ilə qədər rəsmi ststistikaya görə İrəvan və ətrafı tarixi Azərbaycan torpaqlarında 675 min nəfər müsəlman yaşadığı halda 1921-ci ilin rəsmi statistikasında bu ərazilərdə cəmi 75 min müsəlman əhali qalmışdı, 600 min müsəlman ya məhv edilmişdi, yada deportasiyaya məruz qalaraq öz tarixi vətənlərini tərk etmişdilər.1918-20-ci illərdə Azərbaycanın və azərbaycanlıların başına bu oyunu acan müsavatcıların nəvələri indi bu gün bu məsələlərdən nədənsə danışmaqda cox xəsislik etdikləri halda, 1948-53-cü il hadisələrindən az qala bir mifik tarix uydurublar, cild-cild kitablar yazıblar.Sual olunur onların narahatcılıqlarının səbəbi nədir?…xalqın taleyi? əgər beləydisə İrəvanı, Zəngəzuru daşnaklara verib, əzəli azərbaycan torpaqlarında erməni dövləti yaradan babalarının əməlləri nə ücün onları narahat etmir? Deməli cılız siyasi maraqlardan başqa hec bir şey, müsavatcı babalarının xəyanətindən diqqəti yayındırıb iz itirmək, məqsəd budur.

Məsələ belədir ki, 2-ci dünya müharibəsi hələ sona catmamış Ermənistan rəhbərliyi xaricdə yaşayan 500 min erməninin Ermənistan SSR-yə köcürülməsi məsələsini təşkil etdilər.Xaricdən Stalinin ünvanına minlərlə məktublar göndərilir, sovet rəhbərliyindən onların tarixi vətənlərinə qaytarılması məsələsinə köməklik göstərmələri xahiş olunurdu.Bilirəm bizim “vətənpərvər” liberal o dəqiqə deyəcək ki, İrəvan nə zamandan ermənilərin tarixi vətəni olub? Bəli cənab liberal elədir, amma bu sualın ünvanı nə Stalindir, nədə Bağırov bu sualı ünvanlamalısınız özlərini Rəsulzadə, Xoyski irsinin varisi elan etmiş mandatlı tarixcilərnizə.Bunu 1918-ci ildə İrəvanı ermənilərə verəndə, bağışlayanda düşünməliydilər.Acıda olsa faktdır ki, Ermənistan artıq dünyada yaşayan hər bir erməni ücün vətəndir( buna görədə Rəsulzadəyə borcludular) və hər bir erməni vətənində yaşamaq hüququndan istifadə edə bilər.Amma 2-ci dünya müharibəsindən sonra Ermənistan SSR-də cəmi 900 min əhali yaşayırdı, bura 500 min erməninin köcürülməsi isə respublika əhalisinin az qala 60% artması demək idi ki, bu yükü nəinki ermənistan kimi dağlıq ərazidə yerləşən potensialı zəif respublika hec bir respublika qaldıra bilməzdi.Ona görədə sovet rəhbərliyi belə qənaətə gəldi ki, müharibədən sonra SSRİ miqyasında ən böyük quruculuq layihəsi olan Mingəcevir Su Elektrik stansiyasının tikilməsi və 600 min hektar torpağın yeni əkin dövrüyyəsinə qoşulması nəticəsində işci qüvvəsinə olan tələbatı ödəmək məqsədi ilə bir qisim azəri əsilli insanlar Ermənistan SSR-dən Azərbaycan SSR-nin kür-araz ovalığına köcürülsünlər.Nəzərə almaq lazımdır ki, müharibədə 400 min insanını itirmiş Azərbaycan SSR-nin işci qüvvəsinə ehtiyacı var idi.Bu ehtiyac ya Azərbaycana qeyri müsəlman, o cümlədən ermənilərin köcürülməsi ilə həll olunmalıydı, onda cənab liberallar deyəcəkdilərki, Moskva bilərəkdən Azərbaycanda əhalinin etnik tərkibini dəyişdirirdi, hətta bir azda irəli gedib bunu mərkəzin azərbaycan ərazisində ikinci bir erməni dövləti yaratması kimi yozacaqdılar, yada kı bura Ermənistan SSR-idən azərilərin bir hissəsini köcürməklə problemdən ən optimal cıxış yolunu həyata kecirməliydilər.Elədə edildi xaricdən Ermənistan SSR-iyə yarım milyon erməni köcürülməsi müqabilində Ermənistandan 100-150 min azərinin Azərbaycan SSR-yə köcürülməsinə başladılar, AMMA azərilərin köcürülməsi planı demək olar ki, nəzərdə tutulduğundan cox az cəmi 37 min nəfərin köcürülməsi ilə demək olar ki, həyata kecirilmədi.Əgər nəzərə alsaq ki, bu 37 min nəfərində təqribən 10 min nəfərə yaxını elə 1949-50-ci illərdə geri Ermənistan SSR-idəki yerlərinə qayıtdılar, onda köcürülməsi nəzərdə tutulan 100-150 min əhaliyə müqabil cəmi 27 min azərinin köcürülməsi məncə liberalların qələmə vermək istədikləri miqyasda bir etnik fəlakət deyildi.Başqa sözlə 27 min nəfər bölgədə ki, etnik balansın dəyişməsində hec bir təsirə malik olmayacaq qədər kicik faizdir.Əgər kimsə mənim bu fikirimin “vətənpərvərlik dozasının” az olmasını iddia edirsə, onda bu 27 min nəfəri 1918-20-ci illərdə İrəvan və ətrafından deportasiya olunmuş 600 min müsəlmanın faciəsiylə müqaisə etmələrini məsləhət görürəm.Yeri gəlmişkən onuda qeyd edim ki, müsavat zamanı Ararat respublikasından qovulmuş bu əhalinin önəmli bir hissəsi Sovet Hakimiyyəti qurulandan sonra Ermənistandakı tarixi vətənlərinə geri qayıtmışdılar.Digər tərəfdən deportasiya o şeydir ki, əhali yaşadığı yerdən zorla, güc tətbiq olunaraq qovulur, 1948-ci il hadisələri isə məcburi yox, könüllü xarakter daşıyırdı.SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də köcürmə ilə bağlı qərarında deyilirdi:” Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 50 min nəfər kolxozcu və digər azərbaycanlı əhalinin könüllülük əsasında köcürülməsi təmin edilsin”.

Köcürülənlərin az qala hər üc ailədən birinin elə həmən tarixdə geri öz yurduna qayıtması bir daha təsdiq edir ki, proses könüllü xarakter daşımışdı, əks halda hec kəs onları geri qayıtmağa qoymazdı.Köcürmə işlərində iştirak etmiş Talıb Musayev öz xatirələri əsasında yazmış olduğu kitabında belə bir epizodu vurğulayır ki, Ermənistan SSR-nin Basarkecər rayonunun kəndlərinə əhalini köcürmək ücün 150 yük maşını göndərilmişdi, lakin əhali köcürmənin könülü olmasını əsas gətirərək köcməkdən imtina etdilər və 3 gün gözləyən avtomobil karvanı geriyə boş qayıtmalı oldu.Stalin köcürmə qərarınına dərkənarda vurğulayırdı” könüllülük əsasında” və bu qərarın yerlərdə icrasında hec şübhəsiz ki, əyintilər ola bilərdi, istisna edilmirdi.Cün ki, daşnak Mikoyan kimi satqın bir sima Kremildə oturub bu köcürmə işindən tamam başqa məqsədlər hədəfləyirdi.Hec şübhəsiz ki, Mikoyan kimiləri köcürmə işində cox canfəşanlıq edirdilər, amma Sovet sistemi bu məkirli düşüncələrin etnik fəlakətə cevrilməsinə imkan vermirdi və köcürmənin yarımcıq saxlanmasıda bunun sübutudur.

Bağırova məsləhət görürlər ki, Ermənistanda əhali dağlıq ərazilərdə yaşayıb, kür-araz ovalığının yarımsəhra iqliminə uyğunlaşa bilməzlər.Onların bir hissəsinin Xanlar ərazisindən köcürülmüş almanların boş qalmış evlərində yerləşdirilməsi yaxşı olardı.Bağırov bu təklifi müsbət qarşılayır, amma məlum olur ki, Azərbaycan Daxili İşlər Nazirinin milliyətcə erməni olan müavini Qriqaryan tələm tələsik bu evlərə erməni ailələr köcürtdürüb və hələ üstəlik ən gözə gəlimli evidə öz xalasına bağışlayıb.Vəziyyət Bağırova məruzə olunduqdan sonra öz ədalətli həllini tapır, Qriqoryanın xalası evdən cıxarılır və həmən evə Ermənistan SSR-inin Zod kəndindən sovet sədri Bala Hacıyevin ailəsi yerləşdirilir.Digər evlərdədə ermənistandan köcürülən əhali yerləşdirilir.Burada Zod kəndinin adını cəkmişkən onuda vurğulayım ki, bu kənddə 1989-cu ilə qədər yenədə azərbaycanlılar yaşamışdılar.Buda onu göstərir ki, köcürülmə zamanı kəndlərin, rayonların tam boşaldılması halı baş verməmiş, azərbaycanlı əhali son hadisələrə qədər tarixi torpaqlarında yaşamağa davam etmişdirlər.

Digər tərəfdən 1948-ci il köcürmələrindən danışarkən təhrif olunan bir digər məqam köcürmənin davam etdiyi müddətlə bağlıdır.1997-ci ildə Heydər Əliyevin “ 1948-53-cü illər də azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi –etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanındanda göründüyü kimi proses 1948-53-cü illərə şamil olunur.Təbiiki bu siyasi qərardır və bunu haradasa başa düşmək olar, amma fakt faktlığında qaqlır ki, köcürmə işləri 1951-ci ildə dayandırılmışdı və bu tarixdən sonra bir dənə azəri ailəsidə ermənistandan köcürülməmişdir.Əksinə bu tarixdən sonra kimki şəraitdən narazı qalmışdı geri öz yurduna qayıtmışdı və buna görədə hec kəs onlara təyziq göstərməmişdi.

Bir sözlə 1948-51-ci il hadisələrindən milli faciə düzəltmək hec kimə baş ucalığı gətirməz, əksinə əsl faciə odur ki, 1989-cu ildə 300 min azəri Ermənistandan deportasiya olundu və bu gün onların problemi hec kimi narahat etmir.50 min Qarabağ ermənisinə “ ən yüksək statuslu muxtariyyat” vəd edənlər 300 min azərbaycanlının tarixi vətənlərinə qayıtması barədə hec bir kəlmədə danışmırlar.

P.S Ermənistanda Sovet hakimiyəti qurulanda cəmi 75 min azəri qalmışdı, 1989-cu ildə isə Ermənistandan deportasiya olunan azərilərin sayı bundan 4 dəfə cox, 300 min təşkil etmişdir.Bu faktın özü bir daha sübut edir ki, Sovet Hakimiyyəti zamanı azərilər Ermənistan ərazisində yaşamış, artmış və coxalmışdırlar.Liberal-millətcilərin 23 illik hakimiyyətində isə(1918-20:1991-2012) ümumilikdə 900 min müsəlman indiki Ermənistan ərazisindən deportasiya olunmuşdur və bu ərazilərdə artıq 25 ildir ki, bir dənədə azəri ailəsi yaşamır….hələ üstəlik 600 min azəri öz respublikası daxilində qacqına cevrilib və 20 ildir ki, evinə gedə bilmir….sovetə cirkab sıcratmaq istəyənlərsə “ işğalın yubileyni “ qeyd edirlər.Mayın 8 Şuşanın işğalının 20 illiyidir….hələ tarixdə işğalın yubleyini qeyd edən ikinci bir hakimiyət olmayıb.Hazır ki rejim isə bunu edir özüdə biqeyrətcəsinə.

 

   Cənablar Sovet tarixində “ CP” axtarmaq, bu gün ki biabırcılıqlar fonunda “ öküz altında buzov axtarmaqdır”.

10 people like this post.

Bu gün 0 dəfə oxunub. Cəmi 518 dəfə oxunub.

Be Sociable, Share!

1948-53, Azərbaycan SSR, azəri, Bağırov, Batum müqaviləsi, Berya, deportasiya, Erməni, ermənistan, imza, İşğal, köcürmə, kür-araz, M.Ə.Rəsulzadə, Mikoyan, Moskva, Qarabağ, qatar, soyqrım, Stalin, şuşa, vaqon, xala, Xocalı, Xoyski, yubley, Zod, zor Tarixə səyahət, Xəbərlər, Xəbərlər

3 şərh → “” DEPORTASİYA 1948 – 195? ” ????….”

  1. Rasim 2 ils öncə   Cavab

    Elə yazırsınız, elə təhlil edirsiniz elə bil həqiqəti yazırsınız.

    Birinci deportasiya prosesi barəsində.
    Hardan almısan bu rəqəmi-37 min insan köçürülüb? Ermənistan ərazidən Azərbaycanlıların 60%-i köçürülüb. Özüdə zorla. Etiraz edənlər daha uzağa-Qazağstana köçürülüb. Təxminən əhalinin 20% Qazaxstan səhralığına göçürülüb. Təkcə 30 min Azərbaycanlının ev dağıdılıb. 100 minə qədər Azərbaycanlı qətlə yetirilib. 500 min-dən çox Azərbaycanlı deportasiya olunub. Deportasiya 53-cü illə yekunlaşmayıb. 59-cu ildə 6,1%, 70-ci ildə 5,9%, 1979-cu ildə 5,2% Azərbaycanlı deportasiya olundu.

    İkinci deportasiyanın səbəbi barəsində.
    Deportasiyanı ona görə təşkil ediblər ki, Ermənistandan Azərbaycanlıları təmizləsinlər. Türk yurdu kimi tarixdən silsinlər. Türkiyə dövləti ilə sərhəddə Azəriləri yaşamağı həm SSRİ-yə, həmdə Ermənlərə sərf etmirdi. Əgər onlar bu günə qədər orda qalsaydılar indi Qarabağ Ermənilər işğal edə bilməzdilər. İşçi qüvvəsi və ya xaricdə yşayan ermənilərin Stalinə məktub yazması tamami ilə yalan məsələdi.
    Birinci SSRİ-də millətçilik anlayışı (siz kommunistlər iddia edirsiniz)güya yox idi, hər kəs SSRİ-nn vətəndaşı idi və SSRİ hər kəsin vətəni idi. Əgər belə idisə Stalin ermənləri ucsuz-bucaqsız Rusiya torpaqlarında yerləşdirəydi? Nəyə gör Sizində yazdığınız kimi dağlıq ərazi olan potensialı zəif yerə köçürürdülər? Əgər nəzərə alsaq ki, nə Ermənistan nədə Azərbaycan rəhbərliyi heç bir səlahiyyət sahibi deyildilər və hər şeyi Stalin həll edirdi onda könüllü SSRİ-yə xaricdən köçüb gələn erməniləri elə könüllü surətdə də Rusya ərazisində yerləşdirə bilərdilər. Xaricdən köçüb gələn ermənilərin istək və arzularını yerinə yetirməyə SSRİ rəhbərliyi axı borclu deyildi…
    İkinci, köçürülmə haqqında SSRİ Nazirlər Sovetinin köçürülmədən sonra verdiyi qərarıda xatırlasanız pis olmaz. Ermənistanda Azərbaycan (Türk) mənşəli yer adlarının dəyişdirilməsi haqqında 1954-cü ildə qərar qəbul edilir. Elə həmin il 34 yaşayış məntəqəsinin adı dəyişdirilib erməni adı ilə adlandırır. Məgər yer adlarıda “işçi qüvvəsi” kimi Azərbaycana lazım idi?
    Üçüncü, köçürülən əhali Azərbaycanda hara yerləşdirilirdi? Aran zonasına Saatlı, Sabirabad və s. rayonlara. Niyə qarabağa yerləşdirilmirdi? Orda işçi qüvvəsinə ehtiyac yox idi? Əvəzində Bütün qarabağa ermənilər köçürülürdü.

    Mənbə kimi çox sayda Avropa və Azərbaycan mənbələrini göstərə bilərik. Ancaq bunlara “mandatlı” tarixçiləri əsəri deyəcəksiniz. Ona görədə sizin valeh olduğunuz SSRİ və özüdə rus (axı siz Rusları ürəkdən sevirsiniz. Sizə görə Rus və həqiqət anlayışı eyni şeydi) mənbəyini təqdim edirəm: Николай Федорович Бугай, Аскарби Муаедович Гонов.”Кавказ–народы в эшелонах:
    20-60-е годы”. Yaxşı-yaxşı oxuyun.

    Birdə İrəvanın ermənilərə verilməsi barəsində.
    Bunun üçün Rəsizadəni bəsdi yerli yersiz günahgar hesab etdiniz. İngilislər Baıya girəndə günahı Şamuyanda görmürsünüz. Deyirsiniz bu Munduros müqaviləsinə görə olub. İngilislərin təzyiqi ilə İrəvan ermənilərə veriləndə isə günahı Rəsilzadə görürsünüz. Rusların təzyiqi ilə Zəngəzurun ermənilərə verilməsini və Qarabağda muxtar vilayətin yaradılmasını Nərmanov necə qəbul etmişdirsə, İngilislərin təzyiqi ilə İrəvanın ermənilərə verilməsinidə Rəsulzadə də elə qəbul etmişdi.

    Sizin kommunist təfəkkürünüz çox xəyalpərəsdi. Bir qədər ayılın reallığı görün. Reallığı görməməzliyə vurmaq olar amma həqiqəti inkar etmək mümkün deyil.

    Əgər cavabınız varsa buyurun yazın.

    • Smersh 2 ils öncə   Cavab

      Salam Rasim müəllim!, bu emosional cıxışınızı yaxşı başa düşürəm.Məndən mənbə istəyirsiniz, buyurun buda mənbələr:ARXİV fond.1, s.241,i.3,v.239 : fond.1,s.245,i.2,v.10.
      Bundan başqa 60, 70-ci illərdə ” deportasiyadan” danışırsan.Bu absurddur.Yəqin ki, siz sovet vaxtı Ermənistan SSR-dən gəlib Bakıda, Gəncədə ali təhsil alan və ailə quraraq karyeralarını Azərbaycan SSR-də davam etdirən gəncləri nəzərdə tutursunuz.Bu adi təhsil miqrasyasıdır buna deportasiya demək olmaz.Məsələn bu gün Bakı Dövlət Unversitetinin rektoru olan Abel Məhərrəmovun özü və ailəsi, Təhsil naziri Misir Mərdanovun ailəsi hələ 60-70-ci illərdə Bakıya təhsil dalınca gəlib burada qalaraq karyera qurmuşdurlar, məgər onlar deportasiya edilmişdilər? hələ mən ancaq iki fakt xatırlatdım, belə faktlar minlərlə olub bunları deportasiya kimi qələmə verib dünyanın gözündə repressiyaya məruz qalmış yazıq xalq görüntüsü yaratmaq istəyirsinizsə onda daha sizin daşnaklardan nə fərqiniz oldu ki?
      Sonra siz iddia edirsiniz ki, guya SSRİ Türkiyə dövlətiylə sərhəddəki azəriləri ” təmizləməkdə” maraqlı idi.Görünür siz bu bölgəyə yaxşı bələd deyilsiniz.Beləki Ağbaba-Amasiya mahalı ( Ermənistan SSR-nin ərazisindədir) SSRİ nin Türkiyəylə sərhəddi idi və mahalın bütün əhalisi AZƏRİLƏR idi, ta axırıncı 1988-89 hadisələrinə qədər.Bu bölgənin yer adlarıda türk mənşəlli idi: Amasiya, Ağbaba, Güllübulaq, Oxcuoğlu, Caxmaq, Təpəkənd, Balıqlı, Öksüzlü, Söyüdlü, Arpa gölü, Arpa cayı, Əzizbəyov kəndi və sairə.Bu son hadisələrə qədər Türkiyə sərhəddində yerləşən bu türk yurdunun yer adları RƏSMİ sənədlərdə belə azəricəydi.
      Deyirsiz ki, əhali 1948-də nə ücün kür-araz ovalığına köcürülürdü, Qarabağa köcürüləydi.Mənim yaszımı diqqətlə oxu, mən qeyd etdim ki, Böyük Vətən müharibəsindən sonra SSRİ miqyasında İLK, ƏN BÖYÜK quruculuq işi Mingəcevir su elektrik stansiyasının tikintisi olub və bu qiqant layihə elektriklə yanaşı kür-araz ovalığının 600 MİN HEKTAR ( Azərbaycan SSR-nin sovxoz və kolxozlarının balansında olan əkin yerlərinə bərabər) yeni xam torpaqları suvarmaya və əkin dövrüyyəsinə cəlb edilirdi o səbəbdən məhz kür-araz.
      O ki qaldı yarımcıq qalmış, 70% baş tutmamış 1948-51 köcürmələrinin bəzi məqamlarına və bundan müəyən millətci dairələrin istifadəsinə məgər mən bunu inkar etmişəm? yazını diqqətlə oxusan mən Mikoyanın timsalında kimlərin bunu etnik deportasiyaya cevirmək istədiklərini, amma arzularına cata bilmədiklərini vurğulamışam.
      Sonra siz iddia edirsiniz ki, Nərimanov Zəngəzurun ermənilərə verilməsinə necə məcbur edilmişdirsə, Rəsulzadədə ” İNGİLİSİN” təyziqi ilə İravanın verilməsinə məcbur edilib.Səhviniz var Zəngəzur 1919-cu il noyabrın 17-də Daşnaklar tərəfindən işğal edilmişdi, beləki Musavatcılarla daşnakların həmən tarixdə imzaladıqları gizli xəyanətkar müqaviləyə görə musavat Zəngəzurun ” mübahisəli” ərazi olmasını tanımış və bununlada onun Azərbaycan torpağı olması faktını rəsmən şübhə altına almışdır və separat sazişinə görə Zəngəzurun statusu dəqiqləşdirilənə kimi Azərbaycan öz ordusunu oradan cıxarmalıydı və cıxardıda.Bundan istifadə edən daşnaklar Zəngəzuru işğal edib azəriləri məhv etdilər, qalan əhali isə qacqın düşdü.Bununlada ermənilər Zəngəzurun etnik tərkibini ermənilərin xeyrinə kəskin surətdə dəyişə bildilər.O zaman hansı ərazinin hansı respublikanın tərkibinə daxil edilməsi yerli əhali arasındakı səsvermələrlə müəyyən edilirdi.Məhz Zaqatala-Balakənd, Naxcıvan bu qaydayla Azərbaycanın tərkibində qalmağa səs verdi, Zəngəzurda isə bu alınmadı cün ki, müsavatcıların xəyanəti nəticəsində 1919-cu ildə Zəngəzurda bir dənədə olsun danabaşı tutan qalmamışdı.
      Sonra siz deyirsiz ki, Rəsulzadə ingilisin təyziqiylə irəvanı ermənilərə verib yenə yanılırsan BATUM müqaviləsi Osmanlıyla imzalanıb və təyziqidə osmanlı göstərib.Beləliklədə Osmanlı ” erməni” məsələsini Anadoludan ” qardaş” azərbaycanın üzərinə transfer edir və biz bu gün bu xəyanətin əzabını cəkirik.
      Şaumyan məsələsinə gəlincə, 1918- ci ilin noyabrında Bakıda nə Şaumyan vardı, nədə Bakı Soveti, həmən vaxt burada olub Osmanlı-Alman işğal qüvvələri və 1-ci dünya müharibəsində məğlubiyət səbəbiylə Mudros müqaviləsinin 11-15-ci maddələrinə görə Osmanlı işğal qüvvələri Qafqaz cəbhəsini və Bakını tərk etməli əvəzinə Antanta işğal qoşunları gəlməliydi və gəldidəı müsavatda onların ayağının altında qurban kəsdilər.
      Sonra deyirsiniz ki, Azərbaycan, Ermənistan rəhbərlərinin hec bir səlahiyəti yox idi, hər şeyi Stalkin edirdi.Buda yanlışdı, əgər belə olsaydı Stalin 100-150 min azərinin köcürülməsinə imza etmişdi, amma bunun hec 20-30%-də köcürülmədi, kücürülənlərin xeyli hissəsidə elə həmən ili geri qayıtdı.
      Mənə elə gəlirki, bu qədərdə bəs edər.Sənin mövqeyini bölüşməsəmdə təşəkkür edirəm, cün ki belə bir məsələyə biganə qalmayıb yazmısan sağ əlin qəflət yuxusuna getmiş azəri gəncliyinin başına…

  2. Anar 1 il öncə   Cavab

    Əlbir olub bir ayı bir şir ilə,
    Ovladılar dovşanı tədbir ilə.
    Olmadılar razı onu bölməyə,
    Çıxdı iş axır ölüb-öldürməyə;
    Çeynədilər, dişlədilər, diddilər.
    Bir-birini al qana qərq etdilər.
    Özlərini taqətdən saldılar,
    Hər biri bir səmtə düşüb qaldılar.
    Tülkü uzaqdan görüb ol haləti,
    Bildi ki, yox heç birinin taqəti.
    Gəldi götürdü ovu, etdi fərar,
    Həsrət ilə baxdı dalınca bular.
    Avropa ve irelide geden dövletlerde insanlarin rifah icinde yashamasi ucun, bizim kimi 2 ve hetta 3 cu dereceli insanlarin ( onlarin gözunde )bir birini didmesi bashlica vasitedir.

Cavab yazın